Sulşeri o əvəzləyəcək?

27 Yanvar 2020 18:15 İngiltərə 1 210
Sulşeri o əvəzləyəcək?

“Mançester Yunayted”də baş məşqçi dəyişikliyi yaydan əvvəl reallaşa bilər. Sportinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı iddialı çıxış edib.

Məlumata görə, “qırmızı şeytanlar”ın mövsümün qalan hissəsindəki nəticələri yaxşılaşmayacağı halda, klub rəhbərliyi baş məşqçisi Ole-Qunnar Sulşerlə yollarını ayıracaq.

Klub norveçli mütəxəssisi əvəzləyəcək əsas namizədi də müəyyənləşdirib. Sulşerin istefaya göndəriləcəyi halda, komandanın “sükanı arxasına” İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt keçə bilər. Bu təyinat AÇ-2020-nin finalından sonra baş tuta bilər.

Cari mövsümdə Premyer Liqada keçirdiyi 24 turdan sonra 34 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti