"Qarabağ"dan gəldi, o da “Milan”dan Premyer Liqaya getdi

14 Yanvar 2020 01:24 İngiltərə 1 047
"Qarabağ"dan gəldi, o da “Milan”dan Premyer Liqaya getdi

Mövsümün ilk yarısını “Qarabağ”da keçirən, müqavilə ilə “Bornmut”a məxsus olan Asmir Beqoviçi heyətinə qatan “Milan” öz qapıçısı Pepe Reyna ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı qapıçı İngiltərə təmsilçisi “Aston Villa”ya keçib.

“Milan” Reynanı mövsümün sonuna kimi icarəyə verib. 2005-2013-cü illər aralığında “Liverpul”un uğurları üçün çalışmış Pepe, “Milan”da 2018-ci ildən çıxış etsə də, əsas heyət üzvünə çevrilə bilməyib.

2010-cu ildə keçirilmiş dünya çempionatında İspaniya yığması ilə çempionluq sevinci yaşamış qolkiper, karyerası ərzində “Barselona”, “Vilyarreal”, “Napoli” və “Bavariya”da da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"