Lempard üçün 150 milyonluq transfer büdcəsi

6 Dekabr 2019 23:05 İngiltərə 747
Lempard üçün 150 milyonluq transfer büdcəsi

Transfer qadağası götürülən "Çelsi" qış fasiləsində heyətini ən azı 3 futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi bunun üçün Frenk Lemparda 150 milyon funt-sterlinq məbləğində transfer büdcəsi ayırıb.

Gənc mütəxəssisin gücləndirmək istədiyi mövqelər artıq bəllidir. O, rəhbərlikdən hücumçu, vinger və mərkəz müdafiəçisi alınmasını xahiş edib. Lempardın siyahısında "Lion"dan Musa Dembele, Dortmund "Borussiya"sından Ceydon Sanço və "Kristal Pelas"dan Uilfrid Zaha yer alır.

Bundan başqa, "Çelsi" "Lester"in müdafiəçisi Ben Çiluelin də xidmətində maraqlıdır. Ancaq onun keçidinin qış fasiləsində gerçəkləşməsi çətin görünür. Bu səbəbdən paytaxt klubu hazırda "Bornmut"da çıxış edən sabiq futbolçusu Natan Akeni 40 milyon funta heyətinə qatmaq niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda