“Danışdı, bəzən problemi həddindən artıq qabartmağa ehtiyac yoxdur”

00:00 İngiltərə 69
“Danışdı, bəzən problemi həddindən artıq qabartmağa ehtiyac yoxdur”

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska “Nottingem Forest”lə oyundan əvvəl komandanın qapıçısı Canluici Donnarumma ilə söhbət etdiyini bildirib.

İtaliyalı qolkiper son matçlarda bir neçə kobud səhvə yol verib.

Sportinfo.az “City Xtra”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, futbolçunun bu səhvlər üzərində çox dayanmasının düzgün olmadığını düşünür:

“Donnarumma ilə danışdım. Amma bəzən problemi həddindən artıq qabartmağa ehtiyac yoxdur.

Çünki futbolçular özləri də səhv etdiklərini anlayır və bunu etiraf edirlər. Əsas odur ki, həmin səhvlərə ilişib qalmayaq və yolumuza davam edək”.

27 yaşlı Donnarumma bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib. O, həmin oyunlarda 20 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!