Portuqaliyalı hücumçunu izləyir -

00:10 İngiltərə 102
Portuqaliyalı hücumçunu izləyir -

“Monza”nın hücumçusu Qustavo Varela Avropanın bir neçə tanınmış klubunun diqqət mərkəzinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun çıxışını “Arsenal”, “Çelsi”, “Leyptsiq” və Dortmund “Borussiya”sının nümayəndələri izləyir.

İtaliya klubu isə portuqaliyalı hücumçunun satışından 20 milyon avrodan çox gəlir əldə etməyi planlaşdırır.

Varela bu mövsüm A Seriyasında 9 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

Onun xidmətində maraqlı olan “Arsenal” Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!
4 Noyabr 03:50 Cavanlar sakit oturmur...