Premyer Liqa klubu baş məşqçini qovana qədər bu model hər gün açıq-saçıq FOTO paylaşacaq

04:00 İngiltərə 158
Premyer Liqa klubu baş məşqçini qovana qədər bu model hər gün açıq-saçıq FOTO paylaşacaq

“Mançester Yunayted” azarkeşi və “OnlyFans” modeli Skaylar Skay sevimli klubundakı vəziyyətdən narazılığını çox qeyri-adi bir şəkildə ifadə etmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, model sosial mediada cəsarətli bir çağırış edib:

“Mançester Yunayted” Maykl Karriki qovana qədər hər gün açıq-saçıq şəkillər paylaşacağam”.

Komandanın uzun müddət davam edən məğlubiyyət seriyası bu emosional qərara səbəb olub.

“Qırmızı şeytanlar”ın son qələbəsi 10 sentyabrda Çempionlar Liqası matçında “Sabah”ı 4-0 hesabı ilə məğlub etdikləri zaman olub.

“Mançester Yunayted” hazırda bütün yarışlarda ardıcıl doqquz oyundur ki, qələbə qazana bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!