“Çelsi”nin müdafiəçisi Coş Açemponq klubu ilə yeni müqavilənin şərtləri barədə razılığa gələ bilmir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yaranmış vəziyyət “Real”ın və “Bayern”in 20 yaşlı futbolçuya marağını artırıb.
London təmsilçisi isə müdafiəçisinin transfer qiymətini 40-50 milyon avro müəyyənləşdirib.
İngiltərəli futbolçu 2024-cü ildən “Çelsi”də çıxış edir. Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu il iyunun sonunda başa çatacaq.
“Transfermarkt” portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.
