“Liverpul” “Real”ın yarımmüdafiəçisi Federiko Valverde üçün böyük məbləğdə təklif hazırlayır.
Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün 100 milyon avro təklif etməyi planlaşdırır.
Klub rəhbərliyi Valverdeni gələcəyi qeyri-müəyyən olan Aleksis Makallisterin əvəzlənməsi üçün ideal namizəd hesab edir.
“Liverpul”un ciddi marağına baxmayaraq, “Real”ın Valverdeni buraxması inandırıcı görünmür. Çünki uruqvaylı yarımmüdafiəçi baş məşqçi Joze Mourinyonun komandasında mühüm fiqurlardan biridir.
“Liverpul”un bundan başqa, yarımmüdafiə xəttini gücləndirmək üçün ən real variantı “Monako”dan Lamin Kamaranın transferidir.
Valverde bu mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
