Yunanıstanlı qapıçı ilə maraqlanır - “Liverpul” və “Tottenhem”

00:10 İngiltərə 73
Yunanıstanlı qapıçı ilə maraqlanır - “Liverpul” və “Tottenhem”

“Hall Siti”nin qapıçısı Konstantinos Tzolakis İngiltərə Premyer Liqasının iki top-klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı qolkiperi “Liverpul” və “Tottenhem” heyətinə qatmaqda maraqlıdır.

Tzolakisin “Hall Siti” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir. Yunanıstanlı futbolçunun bazar dəyəri 22 milyon avro qiymətləndirilir.

O, cari mövsümdə İngiltərə Premyer Liqasında 8 oyuna çıxıb və qapısında 8 qol görüb. Onun komandası hazırda 10 xalla İngiltərə çempionatının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?