“Tələb etdiyi səviyyədə deyil və klub çoxdan onlarla yollarını ayırmalı idi”

01:40 İngiltərə 100
“Tələb etdiyi səviyyədə deyil və klub çoxdan onlarla yollarını ayırmalı idi”

“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Mançester Yunayted”in müdafiəçiləri Harri Maquayr və Luk Şou haqqında fikirlərini bölüşüb.

Sportinfoaz xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki futbolçunun hazırda İngiltərə klubunun səviyyəsinə uyğun olmadığını bildirib:

“Harri Maquayr həqiqətən parlaq karyera keçirib. Luk Şou ilə milli komandada birgə oynamışam.

O, ən yaxşı dövründə möhtəşəm futbolçu idi. Lakin hazırda onların heç biri “Mançester Yunayted”in tələb etdiyi səviyyədə deyil və klub çoxdan onlarla yollarını ayırmalı idi”.

“Mançester Yunayted” sonuncu dəfə 2013-cü ildə İngiltərə Premyer Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?