“Bayern”in yarımmüdafiəçisi Lennart Karl karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” 18 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir.
Lakin Münhen klubu oyunçusunu satmaq niyyətində deyil.
Karl 2025-ci ilin yayından “Bayern”in əsas komandasında çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonunadək qüvvədədir.
Yarımmüdafiəçi Bundesliqanın bu mövsümündə 7 oyunda meydana çıxıb və 1 qol vurub.
