Nunu Espirito Santu “Vest Hem”in baş məşqçisi postundan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun direktorlar şurası məşqçi heyətində dəyişiklik etmək qərarına gəlib. Bu addım qarşıya qoyulan hədəflərə çatmaq və müəyyənləşdirilmiş strategiyadan kənara çıxmamaq məqsədi daşıyır.
“Vest Hem”in açıqlamasında portuqaliyalı mütəxəssisə və onun məşqçi heyətinə təşəkkür edilib:
“Klub Nunuya və onun məşqçi heyətinə gərgin əməyə və sədaqətə görə təşəkkür edir. Yeni baş məşqçinin axtarışlarına artıq başlanılıb”.
Espirito Santu 2025-ci ilin sentyabrından “Vest Hem”ə rəhbərlik edirdi. London təmsilçisi onun baş məşqçiliyi dövründə 53 oyun keçirib, 20 qələbə qazanıb, 13 heç-heçə edib və 20 dəfə məğlub olub.
