“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Ceyhun Nuriyev hərbi xidmətə aparılıb.
Əldə etdiyimiz məlumata görə, 25 yaşlı futbolçu hazırda Gəncə şəhərindəndir.
Məhz bu səbəbdən Nuriyevin adı “Araz-Naxçıvan”ın son turda “Zirə”yə qarşı keçirdiyi oyunun iştirak ərizəsində yer almayıb.
O, bu mövsüm 9 qarşılaşmada meydana çıxıb.
Orta sahə oyunçusu mövsümün əvvəlində “Zirə”dən “Araz-Naxçıvan”a keçib.
"Sabah"ın yetirməsi Azərbaycan millisində 14 oyun keçirib.
XANOĞLAN/ SPORTİNFO.AZ
