120 milyon avrodan artıq təklif etməyə hazırdır - “Zadəganlar”

01:30 İngiltərə 62
120 milyon avrodan artıq təklif etməyə hazırdır - “Zadəganlar”

“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott karyerasını “Çelsi”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 23 yaşlı futbolçunun transferi istiqamətində səylərini artırıb.

Skott “Çelsi”nin əsas transfer hədəflərindən birinə çevrilib. “Zadəganlar” onun üçün 120 milyon avrodan artıq təklif etməyə hazırdır.

Skott cari mövsümdə bütün turnirlərdə 6 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

İngiltərəli futbolçunun “Bornmut”la müqaviləsinin müddəti 2028-ci il iyunun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!