Paytaxt təmsilçisi braziliyalı ilə yeni müqavilə üzərində işləyir

00:00 İngiltərə 96
Paytaxt təmsilçisi braziliyalı ilə yeni müqavilə üzərində işləyir

“Çelsi” vingeri Estevao Villianı komandada saxlamaq niyyətindədir.

Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, Avropanın aparıcı klublarının 19 yaşlı futbolçuya artan marağına baxmayaraq, “zadəganlar” onun satışını nəzərdən keçirmir.

London təmsilçisi braziliyalı oyunçu ilə yeni müqavilə üzərində işləyir. Sözləşməyə əsasən, futbolçunun maaşının da əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

Klub rəhbərliyi Estevaonu gələcək layihənin əsas fiqurlarından biri hesab edir. Baş məşqçi Xabi Alonso da vingerin çıxışından razıdır.

Estevao cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 9 matçda meydana çıxıb. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"