17 yaşlı vingerə göz dikib - “Mançester Siti” və “Çelsi”

18:40 İngiltərə 104
17 yaşlı vingerə göz dikib - “Mançester Siti” və “Çelsi”

Dortmund “Borussiya”sının 17 yaşlı vingeri Matis Albert karyerasını İngiltərə Premyer Liqasının aparıcı klublarından birində davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı futbolçunun transferində əsas namizəd “Mançester Siti” hesab olunur.

Mümkün keçidin təxminən 20 milyon avroya başa gələcəyi bildirilir. “Çelsi” də gənc oyunçunun xidmətində maraqlıdır.

Albert ötən yay Dortmund təmsilçisinə qoşulub. Onun “arılar”la müqaviləsinin müddəti 2027-ci il iyunun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti