Beş müdafiəçi arasında seçim edir - Siyahıda olanlar

22:00 İngiltərə 99
Beş müdafiəçi arasında seçim edir - Siyahıda olanlar

“Liverpul” müdafiənin sol cinahını gücləndirməyi planlaşdırır.

Mersisayd təmsilçisi qeyri-sabit çıxışı ilə diqqət çəkən Miloş Kerkezlə rəqabət yaradacaq futbolçu axtarışındadır.

Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, klubun transfer siyahısında “Nyukasl”dan Luis Holl, “İnter”dən Federiko Dimarko, “Brentford”dan Malik Diuf, “Real”dan Alvaro Karreras və Lissabon “Sportinq”indən Maksimiliano Arauxo yer alıb.

Bildirilir ki, “Liverpul” bu futbolçuların keçidi ilə bağlı danışıqlara artıq qış transfer pəncərəsində başlaya bilər.

“Qırmızılar” 9 turdan sonra 15 xalla İngiltərə Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda son turda doğma meydanda “Arsenal”a 0:1 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti