“Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Maykl Karriki hələlik vəzifəsindən azad etməmək qərarına gəlib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin komandanın nəticələrini yaxşılaşdıra biləcəyinə inanır.
Beləliklə, Karrik növbəti oyunda da “qırmızı şeytanlar”a rəhbərlik edəcək.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 9-cu turunda səfərdə “Çelsi”yə 0:2 hesabı ilə məğlub olub. Komanda son 9 matçda 6 məğlubiyyət alıb və 3 dəfə heç-heçə edib.
