80 milyon avroluq yarımmüdafiəçi 3 klubun hədəfindədir - Premyer Liqadan

00:10 İngiltərə 88
80 milyon avroluq yarımmüdafiəçi 3 klubun hədəfindədir - Premyer Liqadan

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt karyerasında yeni mərhələyə qədəm qoya bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasının üç klubu – “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem” yaxından maraqlanır.

“Mançester Yunayted”in transfer siyahısında digər namizədlər də var. Ancaq Gibbs-Uayt bu mövqenin gücləndirilməsi üçün ən real variant hesab olunur.

İngiltərəli futbolçu bu mövsüm Premyer Liqada 8 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 80 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!