“Qarabağ”ın keçmiş hücumçusu Kamilo Duran ötən gün Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Seltik” - “Beşiktaş” matçında (3:2) jesti ilə diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, oyundan sonra əlində Azərbaycan bayrağı ilə dayanan azarkeş kolumbiyalını yanına çağırıb.
Cənubi amerikalı forvard bayrağımızı gördükdən sonra ona diqqətsiz yanaşmayıb. O, azarkeşin yanına gedərək formasını təqdim edib.
K.Duran sözügedən görüşdə 2 qol vuraraq komandasının qələbəsində əsas rol oynayıb.
Sözügedən görüntüləri təqdim edirik:
