Ayrılmaq istəmir - “Barselona” və “Napoli”nin marağına baxmayaraq

01:40 İngiltərə 103
Ayrılmaq istəmir - “Barselona” və “Napoli”nin marağına baxmayaraq

“Tottenhem”in yarımmüdafiəçisi Lukas Berqvall “Sabah”ın UEFA Çempionlar Liqasında rəqibləri olan “Barselona” və “Napoli”nin marağına baxmayaraq, London klubunu tərk etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

İsveçli futbolçu hazırkı klubunda xoşbəxtdir. Onun baş məşqçi Roberto De Zerbi ilə də münasibətləri yaxşıdır.

Belə ki, məhz italiyalı mütəxəssis Berqvallı “Tottenhem”lə yeni müqavilə imzalamağa razı salıb. De Zerbi onun gələcəkdə komandanın əsas heyətində möhkəmlənəcəyinə inanır.

20 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 6 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!
4 Noyabr 03:50 Cavanlar sakit oturmur...