Yüksək məbləğdə təklif göndərəcək? - Premyer Liqa mənsubu

18:40 İngiltərə 100
Yüksək məbləğdə təklif göndərəcək? - Premyer Liqa mənsubu

“Mançester Yunayted” “Komo”nun yarımmüdafiəçisi Nikolas Pası transfer etmək istəyir.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, İngiltərə klubu 22 yaşlı futbolçu ilə yaxından maraqlanır.

“Qırmızı şeytanlar” artıq yanvarda Pasın transferi üçün “Komo”ya yüksək məbləğdə təklif göndərə bilər.

Mançester təmsilçisində argentinalı yarımmüdafiəçinin komandanın kapitanı Bruno Fernandesə əvəzləyici ola biləcəyini düşünürlər. “Real”ın da futbolçunu 80 milyon avroya geri almaq hüququ var.

Pas cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib. O, “Komo”ya 2024-cü ildə “Real”dan transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti