12 ildən sonra Premyer Liqa komandasının sükanı arxasına qayıtdı

11 Yanvar 2025 15:20 İngiltərə 903
12 ildən sonra Premyer Liqa komandasının sükanı arxasına qayıtdı

Şotlandiyalı Devid Moyesin “Everton”a baş məşqçi təyinatı rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komandanın 61 yaşlı məşqçiyə həvalə olunduğu bildirilib.

Moyes 2002-2013-cü illərdə də “Everton”a rəhbərlik edib. Bu müddətdə komanda bütün turnirlərdə 518 oyun keçirib, 221 dəfə qalib gəlib, 134 dəfə heç-heçə edib, 163 dəfə məğlub olub.

Moyesin son iş yeri 2017-2018 və 2019-2024-cü illərdə baş məşqçilik etdiyi “Vest Hem” olub.

“Everton” hazırda İngiltərə Premyer Liqasında 17 xalla 16-cıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!