Millətlər Liqasında həlledici matça çıxacaq komandamızdan YENİ XƏBƏR

11:00 Milli komanda 173
Millətlər Liqasında həlledici matça çıxacaq komandamızdan YENİ XƏBƏR

Azərbaycan yığması noyabrın 13-də UEFA Millətlər Liqasında sonuncu oyununa çıxacaq.

Ayxan Abbasovun çalışdırdığı komanda həmin gün Lixtenşteynin qonağı olacaq.

D Liqasının ikinci qrupunda yer alan millimizin qarşıdakı matça hazırlıq planı dəqiqləşib. Bu gün heyəti açıqlamağı planlaşdıran baş məşqçi ayın 7-də kollektivi bir araya gətirəcək.

Üç gün Bakıda məşqə çıxacaq yığma ayın 10-də səfərə çıxacaq. Təmsilçimiz «cırtdan» ölkədə iki məşq keçəcək.

Ayın 13-nü Lixtenşteyndə keçirəcək həmyerlilərimiz ertəsi gün Andorraya üz tutacaq. Üç gün sonra yerli komanda ilə yoxlama matçında qüvvəsini sınayacaq oradan da vətənə dönəcək.

Lixtenşteynlə qarşılaşma kifayət qədər əhəmiyyətlidir. Bu görüşdə qalib gələriksə, qrupu birinci yerdə başa vuracağıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti