"Vikinq”in baş məşqçilərindən olan Byarte Lunde Orsheym Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Sabah” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.
Sportinfo.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından məmnunluğunu ifadə edib:
“İndicə futbolçulara dedim ki, siz artıq öz adınızı böyük hərflərlə “Vikinq”in tarixinə yazdırdınız. Onların çıxışından çox təsirlənmişəm.
Həqiqətən də klubumuz üçün möhtəşəm və tarixi bir hadisədir. Oyunçularımın meydandakı əzmkarlığından və nümayiş etdirdikləri futboldan son dərəcə qürur duyuram".
Baş məşqçi qələbəyə tam laqyiq olduqlarını bildirib:
"90 dəqiqə boyunca çox yaxşı və nizam-intizamlı çıxış etdik. Oyunun nəzarətini əlimizdə saxlayaraq istədiyimiz hücumları təşkil edə bildik.
Düşünürəm ki, meydanda göstərdiyimiz futbolla qələbəyə layiq olan tərəf elə biz idik".
