Şimalın soyuğu “Sabah”ı 10 nəfərlə “dondurdu” - VİDEO

08:20 Sabah 96
Şimalın soyuğu “Sabah”ı 10 nəfərlə “dondurdu” - VİDEO

“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində növbəti məğlubiyyətini alıb.

Sportinfo.az xəbər verir ki, IV tur çərçivəsində Norveçdə “Vikinq”in qonağı olan Azərbaycan təmsilçisi meydan sahiblərinə 1:4 hesabı ilə uduzub.

Stavanger şəhərindəki “Lyse Arena”da keçirilən görüşdə hesabı 11-ci dəqiqədə Orfe Mbina açıb. Erik Botheym 27-ci dəqiqədə tarazlığı bərpa edib.

İkinci hissədə Zlatko Tripiç 69-cu dəqiqədə “Vikinq”i hesabda önə keçirib. 77-ci dəqiqədə Edin Makkarti birbaşa qırmızı vərəqə alaraq meydanı tərk edib. “Sabah” 81-ci dəqiqədə Henrik Falknerin qoluna mane ola bilməyib.

Azərbaycan təmsilçisinin aktivində 3 xal var. Norveç klubu isə xallarının sayını 4-ə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!