“Messi gələndən sonra özümü vacib oyunçu hesab etmirdim”

10:20 Fransa 102
“Messi gələndən sonra özümü vacib oyunçu hesab etmirdim”

PSJ-nin yarımmüdafiəçisi Əşrəf Hakimi Lionel Messinin 2021-ci ildə Paris klubuna keçidinin onun oyununa necə təsir etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, futbolçunun sözlərini “The Touchline” yayıb.

“Messi gələndə PSJ-nin layihəsi dəyişdi, oyun üslubumuz da fərqli oldu. Artıq xoşladığım işləri, məsələn, daha çox hücuma qoşulmağı bacarmırdım.

Özümü vacib oyunçu hesab etməyi dayandırdım və ciddi tənqidlərə məruz qalırdım”, – deyə Hakimi bildirib.

Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Bu müddətdə argentinalı futbolçu iki dəfə Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb.

Hakimi isə cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!