Niyə alınmadı, rəis?

09:40 Sabah 218
Niyə alınmadı, rəis?

Yenə alınmadı.

Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda 1:4 hesablı məğlubiyət.

«Sabah» hesabı tez açdı, tez də qapısında qol gördü. Ardınca Velko Simiç zədəsini təzələdi və əvəzləndi.

Fasilədən sonrakı «Sabah» serbiyalı hücumameylli yarımmüdafiəçinin yoxluğunda miskin təəssürat yaratdı. Müdafiə ilə hücum fazası arasında böyük məsafə yarandı,

Umarali Rəhmanoliyev dağıdıcı, İvan Lepitsa yaradıcı funksiyasını tam yerinə yetirə bilmədi. Sanki dəyirman daşı boş-boşuna yerində fırlanırdı.

«Vikinq» bu boşluğu tez tutdu və lazımınca istifadə etdi. Orta sahəni nəzarəti altına aldı və dəqiqələr keçdikcə, «Sabah»ın fiziki cəhətdən tükənməsindən yararlandı.

Son 20-22 dəqiqədə gələn qollar Azərbaycan çempionunun funksional hazırlıq cəhətdən norveçlilərdən nə qədər geri qalmasını göstərdi. Eyden Makkartinin 78-ci dəqiqədə aldığı birbaşa qırmızı vərəqənin ağırlığı da bir tərəfdən «Sabah»ı psixoloji mənada çökdürdü.

10 nəfərlə qalan «Sabah»ın müdafiə zonasına artan təzyiqi yalnız selə bənzətmək olardı. Sürətli «Vikinq»in qarşısını kəsməkdən ötrü Valdas Dambrauskas heç bir variant tapa bilmədi.

Texniki zonada sakit dayandı və final fitinin səslənməsini gözlədi. Çarəsiz adamın halıyla barışması kimi.

Futbolda belə şeylər az olmur. Çempionlar Liqasında iştirak edirsənsə, ümumiyyətlə.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!