“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Azərbaycan paytaxtından paylaşım edib.
“Yaxşı övlad doğma evinə qayıdar. Köhnə dostlarla görüşüb həsrətə son qoymaq, həmişə xoşbəxt olduğumuz yerdə gözəl anları yenidən yaşamaq…” - deyə R.Almeyda paylaşımında qeyd edib.
37 yaşlı braziliyalı 2025-ci ildə ümumən 11 mövsüm oynadığı “Qarabağ”dan ayrılıb. O, hazırda doğma vətənində “Primavera”nın formasını geyinir.

