Avrokuboklarda dubl edən futbolçu ilə müqaviləni uzatmaq istəyirlər

10 Noyabr 2024 16:55 İngiltərə 661
Avrokuboklarda dubl edən futbolçu ilə müqaviləni uzatmaq istəyirlər

Amad Diallo UEFA Avropa Liqasının 4-cü turunun PAOK ilə matçında parlayıb.

22 yaşlı futbolçunun dublu sayəsində “Mançester Yunayted” öz meydanında Yunanıstan klubunu 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hazırda Diallo ilə müqavilənin uzadılması üzərində işləyir, çünki onun hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.

İngilislər növbəti 5 il üçün müqavilə bağlamaq istəyirlər. Diallonun “Mançester Yunayted”dəki maaşı həftəlik 29 min funt-sterlinqdən üç dəfə artaraq 90 min funt-sterlinqə kimi çata bilər.

Diallo 2021-ci ilin əvvəlində “Atalanta”dan “Mançester Yunayted”ə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!