14 qol vuran hücumçuya əvəzləyici axtarışına çıxdılar

9 Noyabr 2024 01:40 İngiltərə 466
14 qol vuran hücumçuya əvəzləyici axtarışına çıxdılar

“Mançester Siti” qış transfer pəncərəsində heyətini ən azı bir futbolçu ilə gücləndirməyi düşünür.

Sportinfo.az “GiveMeSport”-a istinadən xəbər verir ki, “şəhərlilər” Erlinq Halandın ehtiyat oyunçusu olacaq yeni forvardı transfer etməyə ümid edirlər.

İngiltərənin hazırkı çempionu yayda Xulian Alvaresi “Atletiko”ya satıb. Pep Qvardiolanın komandasında o vaxtdan norveçli bombardiri birbaşa əvəz edən olmayıb.

Haland cari mövsümdə 15 matçda 14 qol vurub.

“Mançester Siti”nin qol vuran futbolçuları siyahısında ikinci yeri hərəyə üç dəfə fərqlənən Con Stounz, Fil Foden, Mateus Nunyes, Yoşka Qvardiol və Mateo Kovaçiç bölüşür.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi