“Ən çox qiymətləndirilməyən futbolçu odur, layiq olduğu qədər tanınmır”

01:30 İngiltərə 109
“Ən çox qiymətləndirilməyən futbolçu odur, layiq olduğu qədər tanınmır”

“Arsenal”ın müdafiəçisi Mayls Lyuis-Skelli komandanın heyətində ən çox qiymətləndirilməyən futbolçunun adını açıqlayıb.

Sportinfo.az “Arsenal News Channel”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, “topçular”ın yarımmüdafiəçisi Mikel Merinonu fərqləndirib:

“Ən çox qiymətləndirilməyən futbolçu Mikel Merinodur. Yüz faiz. O, layiq olduğu qədər tanınmır.

Bu futbolçunun oyunu mükəmməl başa düşmək qabiliyyəti var. Komanda yoldaşları ondan çox şey öyrənə bilərlər. Ona daha çox dəyər verilməlidir”.

30 yaşlı Merinonun “Arsenal”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. Onun transfer qiyməti 25 milyon avrodur.

“Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM