Çempionlar Liqasının əsas mərhələsində yarışan "Sabah"ın U-19 komandası bu gün Gənclər Liqasında ikinci oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçi olduğu kollektiv Masazırda "Slaviya" (Çexiya) ilə qarşılaşıb.
Saat 15:00-da start götürən matçı norveçli Marius Hansen Qrotta idarə edib. Görüş Praqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Sabah" ilk turda "Mançester Yunayted"ə uduzub (0:5), "Slaviya" isə "Lans"ı məğlub edib (2:1).
Qollar: Szivala, 5, Kotrba, 41-pen; Savoviç, 90+4

