Niderlandlı forvardı transfer ermək üzrədir – Premyer Liqa təmsilçisi

3 İyul 2024 22:00 İngiltərə 1 075
Niderlandlı forvardı transfer ermək üzrədir – Premyer Liqa təmsilçisi

“Mançester Yunayted” İtaliya A Seriyasından olan hücumçunun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Bolonya”dan Coşua Zirkzenin transferinə yaxınlaşır.

“Mançester Yunayted” gənc futbolçunun nümayəndələri ilə müsbət danışıqlar aparıb. 23 yaşlı forvard Erik ten Haqın komandasına qoşulmağa hazırdır.

“Yuventus”un marağına baxmayaraq, “Bolonya” niderlandlı futbolçunu xaricə satmaq niyyətindədir. “Mançester Yunayted” hazırda onu almaq üçün favoritdir.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!