
Qapıçı Aaron Ramsdeyl 2023/2024 mövsümündə “Arsenal”ın start heyətində yerini David Raya ilə rəqabətdə uduzaraq itirib.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, yay transfer pəncərəsində 26 yaşlı qolkiper klubunu dəyişə bilər.
“Nyukasl” qapıçı üçün 15 milyon funt-sterlinq (təxminən 17,5 milyon avro) ödəməyə hazırdır.
Ramsdeyl bu mövsüm müxtəlif yarışlarda “Arsenal”ın heyətində 11 oyun keçirib və 12 qol buraxıb.