"Bunu deyə bilərsən, amma nə olacağını heç vaxt bilmirsən"

6 Aprel 2024 18:20 İngiltərə 542
"Bunu deyə bilərsən, amma nə olacağını heç vaxt bilmirsən"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Kristal Pelas”la səfər matçından əvvəl açıqlama verib.

Sportinfo.azz xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti dəfə Premyer Liqanin təqvimindən şikayətlənib:

“Qələbə qazanmalıyıq? Bunu deyə bilərsən, amma nə olacağını heç vaxt bilmirsən.

Kim bilir? Təbii ki, rəqiblərinizin nəticələrinə baxanda başa düşürsən ki, sona qədər mübarizə aparmaq istəsən, xal itirməzsən.

“Liverpul” və “Arsenal”ın oyunlarından sonra nə olacaq? Yayımçıdan soruşun. Məhz onların sayəsində bu gün saat 15:30-da oynayırıq.

Bəzən rəqiblərinizdən əvvəl, bəzən də sonra oynayırsız. Premyer Liqada belə hallar çoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq