Premyer Liqa rekordunu təkrarladı - Braziliyalı qapıçı

22 Fevral 2024 12:00 İngiltərə 703
Premyer Liqa rekordunu təkrarladı - Braziliyalı qapıçı

“Mançester Siti”nin qapıçısı Ederson Premyer Liqa rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı qolkiper “Brentford”a qarşı 18-ci turdan təxirə salınan oyunda (1:0) qol buraxmayaraq, klubun tarixinə düşüb.

Bu, 30 yaşlı futbolçunun “şəhərlilər”in heyətində ölkə çempionatında qapısını toxunulmaz saxladığı 109-cu görüş olub.

Ederson bunu 241-ci qarşılaşmasında reallaşdırıb. O, “Mançester Siti”nin sabiq qapıçısı Co Harta məxsus klub rekordunu təkrarlayıb.

Hart 266 matçda bu göstəriciyə çatıb. Ederson 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır