“Mançester Yunayted” vingeri Ceydon Sanço ilə bağlı vəziyyəti həll etmək üçün variantlar axtarır.
Sportinfo.az xəbər verir ki, “Yuventus” hələ də 23 yaşlı futbolçunun mümkün transferi ilə bağlı danışıqlar aparır.
İtaliya klubu Sançonun ətrafı ilə də əlaqə saxlayır.
Sentyabrda Mançester klubu baş məşqçi Erik ten Haqla münaqişədən sonra Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını elan etmişdi.
Baş məşqçinin yalnız Sançonun ondan və komandadan üzr istəməsi şərti ilə futbolçunu bazaya qaytarmağa hazır olduğu bildirilirdi.
Sanço 2023/24 mövsümündə “Mançester Yunayted”in heyətində Premyer Liqada 3 oyun keçirib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.