
İngiltərə Kubokunun qalibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, finalda Mançester derbisi baş tutub.
Londondakı əfsanəvi “Uembli” stadionunda oynanılan matçda “Mançester Siti” “Mançester Yunayted”ə qalib gəlib.
Hesabı 13-cü saniyədə “şəhərlilər”in türkəsilli futbolçusu İlkay Gündoğan açıb.
Bruno Fernandes 33-cü dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirsə də, İlkay 51-ci dəqiqədə dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırıb.