COP29

Premyer Liqada mövsümün ən pis 10 transferi - ADLAR

27 May 2023 01:40 İngiltərə 741
Premyer Liqada mövsümün ən pis 10 transferi - ADLAR

"Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik "Goal"ın versiyasına görə İngiltərə Premyer Liqasında mövsümün ən pis 10 transferi sırasına daxil edilib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu qış "transfer pəncərəsi"ndə "Şaxtyor"dan "Çelsi"yə keçmişdi.

Ukraynalı London klubunun heyətində 14 oyun keçirib, iki məhsuldar ötürmə edib. Premyer Liqada mövsümünün ən pis 10 transferi aşağıdakı kimidir:

1. Riçarlison (“Everton” - “Tottenhem” 58 milyon avro)
2. Mark Kukurelya (“Brayton” – “Çelsi” 65,3 milyon avro)
3. Kalvin Fillips ("Lids" - "Mançester Siti" 49 milyon avro)
4. Mixail Mudrik ("Şaxtyor" - "Çelsi" 70 milyon avro).
5. Cessi Linqard (“Mançester Yunayted” – “Nottingem Forest” pulsuz).
6. Entoni ("Ayaks" "Mançester Yunayted” - 95 milyon avro)
7. Artur ("Yuventus" "Liverpul" icarə)
8. Pyer-Emerik Obameyanq (“Barselona” - “Çelsi” 12 milyon avro)
9. Kalidu Kulibali (“Napoli” – “Çelsi”, 38 milyon avro)
10. Rahim Sterlinq (“Mançester Siti” –“Çelsi”, 56,2 milyon avro)

Digər Xəbərlər
Xəbər Lenti