“Mançester Yunayted” Ronaldo ilə müqaviləni ləğv edir

19 Noyabr 2022 01:40 İngiltərə 449
“Mançester Yunayted” Ronaldo ilə müqaviləni ləğv edir

“Mançester Yunayted” hücumçusu Kristiano Ronaldonun son müsahibəsi ilə bağlı müvafiq addımlar atıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu barədə rəsmi saytı vasitəsi ilə bəyanat yayıb.

Mançester təmsilçisi proses yekunlaşanadək əlavə şərh verilməyəcəyini bildirib.

Xatırladaq ki, 37 yaşlı forvard müsahibəsində “Mançester Yunayted”lə bağlı kifayət qədər ciddi tənqidi fikirlər səsləndirib.

“The Guardian” nəşrinin iddiasına görə, “Mançester Yunayted” rəhbərlyi hazırda Ronaldonun müqaviləsini ləğv etmək istəyir.

Klub artıq bununla bağlı vəkillər tutub və məhkəməyə müraciət edib. Mançester təmsilçisi bu məsələnin tez zamanda həll olunmasını istəyir.

37 yaşlı portuqaliyalı hücumçuya Qətərdəki dünya çempionatından sonra məşq bazasına qayıtmamaq göstərişi verilib.

Digər Xəbərlər
Xəbər Lenti