"Səhvlər oyunun bir hissəsidir, üzr istəyirəm"

28 Sentyabr 2022 00:20 İngiltərə 312
"Səhvlər oyunun bir hissəsidir, üzr istəyirəm"

İngiltərə millisinin müdafiəçisi Harri Maquayr UEFA Millətlər Liqasının 6-cı turunun Almaniya ilə oyunundakı (3:3) səhvlərinə görə yığma komandanın azarkeşlərindən üzr istəyib.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu komandasının buraxdığı ilk iki qolda səhvə yol verib.

Sonra ingilislər ardıcıl üç qol vursalar da, oyun bərabərliklə bitib. Maquayr sosial şəbəkə hesabında bu sözləri yazıb:

“Səhvlər oyunun bir hissəsidir, üzr istəyirəm. Böyük güc və ruh bizə yenidən oyuna qayıtmağa imkan verdi.

Gəlin müsbət cəhətləri götürək və Qətərdə keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyək. Çətin dövrlər bizi daha güclü edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”