COP29

PSJ qapıçısını Premyer Liqa klubuna satdı

30 İyun 2022 12:00 İngiltərə 410
PSJ qapıçısını Premyer Liqa klubuna satdı

PSJ-nin qapıçısı Alfons Areola Paris təmsilçisi ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı qolkiper Liqa 1 nəhəngini “Vest Hem” ə dəyişib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransalı qolkiper ötən ilin yayından “Vest Hem”də icarə əsasında çıxış edirdi.

Bu yay isə İngiltərə klubu onun transfer hüquqlarını da almağa qərar verib. Areola Premyer Liqa klubu ilə 5 illik müqaviləyə imza atıb.

Areola PSJ-nin öz yetirməsidir. Fransa yığmasında da oynamış qolkiper karyerası ərzində “Lans”, “Bastiya”, “Vilyarreal”, “Real” və “Fulhem” komandalarında da icarədə olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!