"Mançester Yunayted" yeni baş məşqçisini tanıtdı

29 Noyabr 2021 18:20 İngiltərə 786
"Mançester Yunayted" yeni baş məşqçisini tanıtdı

"Mançester Yunayted" yeni baş məşqçisini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, komanda Ralf Ranqnikə tapşırılıb.

63 yaşlı almaniyalı mütəxəssis bu postda Ule Qunnar Sulşeri əvəzləyib.

Onunla işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb. Bu dövr bitdikdən sonra tərəflər Ranqnikin daha il məsləhətçi kimi fəaliyyət göstərməsinə razılaşıblar.

Ralf Ranqnik son olaraq Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 08:00 Leysan olacaq - Xəbərdarlıq