“Beşiktaş”ın hədəfi – Rusiyalı

19 Yanvar 2024 21:40 Fransa 911
“Beşiktaş”ın hədəfi – Rusiyalı

“Beşiktaş” hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, “qara qartallar” Moskva “Lokomotiv”inin hücumameyilli yarımmüdafiəçisi Anton Mirançukun xidmətində maraqlıdır.

İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba da rusiyalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib. Tərəflər maaş məsələsində anlaşa bilsə, transfer baş tutacaq.

Mirançuk “Lokomotiv”in yetirməsidir. Rusiyalı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”