Hücum xəttində zədəli Kvaratsxeliyanı onunla əvəzləmək istəyir - PSJ

01:30 Fransa 101
Hücum xəttində zədəli Kvaratsxeliyanı onunla əvəzləmək istəyir - PSJ

PSJ Xviça Kvaratsxeliyanın uzun müddətə sıradan çıxmasından sonra hücum xəttini gücləndirmək üçün yanvarda “Atletiko”nun forvardı Xulian Alvaresi transfer etməyi nəzərdən keçirir.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, gürcüstanlı bu həftə dizindən ciddi zədə alıb və əməliyyatdan sonra uzun müddət bərpa prosesi keçəcək.

Alvaresin əsas mövqeyi mərkəz hücumçusudur. Bununla belə, argentinalı futbolçu hücumun hər iki cinahında da oynaya bilir.

26 yaşlı forvard yayda “Barselona”ya keçmək istəyib, ancaq “Atletiko” onu buraxmayıb.

“Transfermarkt” portalı Alvaresi 110 milyon avro dəyərində qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM