“Mançester Siti”nin yarımmüdafiəçisi Rayan Şerki PSJ-nin maraq dairəsindədir.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, Fransa klubu Şerkini heyətinə ideal şəkildə uyğunlaşacaq futbolçu hesab edir.
PSJ, fransalı oyunçu bazarda əlçatan olacağı təqdirdə, onu yanvarda və ya gələn yay transfer etməyə hazırdır.
“Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı problemləri Şerkinin klubdan ayrılması ehtimalını artırır.
Ancaq PSJ 22 yaşlı futbolçu ilə maraqlanan yeganə klub deyil. “Liverpul”, “Çelsi” və “Real” da onu heyətinə qatmaq istəyir. Hətta “Liverpul” onu “Mançester Siti”yə keçidindən əvvəl transfer etməyə cəhd göstərib.
Bununla belə, hazırda tərəflər arasında rəsmi danışıqların aparılmadığı vurğulanır.
Şerki bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 8 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
