Millinin hücumçusu klubdakı baş məşqçiyə “atamdır” dedi - AÇIQLAMA

21:40 Fransa 67
Millinin hücumçusu klubdakı baş məşqçiyə “atamdır” dedi - AÇIQLAMA

İspaniya millisinin və PSJ-nin hücumçusu Ferran Torres, komandanın baş məşqçisi Luis Enrike haqda danışıb.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, ispaniyalı mütəxəssislə münasibətlərinin milli komandada birlikdə çalışdıqları dövrdən başladığını bildirib:

“Luis Enrike mənim üçün ata kimi oldu. Bu, İspaniya millisində oynamağa başladıqdan sonra baş verdi.

O, mənə həmişə güvənib. İndi də mənə inanır və PSJ-yə dəvət etdi.

Baş məşqçi mənə özümə inam verir. Mən də onun etimadının qarşılığını vermək istəyirəm”.

Torres bu yay “Barselona”dan PSJ-yə transfer olunub. Paris təmsilçisi onun keçidi üçün 48,5 milyon avro ödəyib. İspaniyalı hücumçu PSJ ilə müddəti 2031-ci ilin iyununun sonuna qədər olan müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti