PSJ-nin ulduzu Xviça Kvaratsxeliyanın sağ dizindəki ön çarpaz bağları qopub.
Sportinfo.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Gürcüstanlı oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
X.Kvaratsxeliya İspaniya təmsilçisi “Barselona”nı məğlub etdikləri (4:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda zədələnib.
