Məşhur baş məşqçi müqaviləsini 2030-cu ilə qədər uzatdı

10:40 Fransa 78
Məşhur baş məşqçi müqaviləsini 2030-cu ilə qədər uzatdı

PSJ-nin baş məşqçisi Luis Enrike klubla müqaviləsini 2030-cu ilə qədər uzadıb.

Sportinfo.az xəbər verir ki, 56 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin iyulundan PSJ-yə rəhbərlik edir.

Onun rəhbərliyi altında komanda ardıcıl iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub və üç dəfə Liqa 1 çempionluğu qazanıb.

Enrikenin əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatmalı idi. Yeni müqavilənin uzadılması barədə məlumat klub tərəfindən cümə axşamı “Monako” ilə ev oyunundan əvvəl açıqlanıb.

PSJ-də bir sıra futbolçuların da müqavilələri yenilənib. Joao Neves, Vilyan Paço, Lukas Beraldo və Sənni Mayulu ilə yeni müqavilələr 2031-ci ilə qədər nəzərdə tutulub.

Fabian Ruis isə klubla müqaviləsini 2028-ci ilə qədər uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!